ÜST nümayəndəsi: ''Azərbaycanda koronavirus testlərinin cavabları gecikir''

Hazırda oxunan: ÜST nümayəndəsi: ''Azərbaycanda koronavirus testlərinin cavabları gecikir''

5392

“Müharibə və koronavirus pandemiyası Azərbaycanın səhiyyə sisteminə yük yaradıb”.

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O, tibb işçiləri arasında COVID-19-a yoluxma və ölüm hallarının qeydə alındığını söyləyib. Bildirib ki, tibb işçilərinin təhlükəsizliyi və koronavirusdan qorunması vacibdir”.

Onun sözlərinə görə, xəstəxanalarda tibb işçilərinin çatışmazlığı müşahidə edilir:

“Bütün tibb işçiləri çətin dövrdə əllərindən gələni edirlər və etməyə davam edirlər. Təcili tibbi yardım maşınları da COVİD-ə yoluxma sayının artması səbəbindən daha gərgin işləyirlər. Yoluxma sayının artması hər kəsi narahat edir.

COVİD-ə yoluxmanın artımı hamını narahat edir. Bəzi bölgələrdə laboratoriyaların yüklənməsinə görə bəzi test cavabları gecikir. Bu virus dünya miqyasında bütün tibb işçiləri üçün yenidir”.

H. Harmancı qeyd edib ki, ÜST ən çox təsirə məruz qalan bölgələrə yardım göstərmək üçün yardımını davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin