Aktau beynəlxalq hava limanının (Qazaxıstan) təyyarələrin qəbulu və yola salınması üçün bağlanması ilə əlaqədar olaraq, "Uzbekistan Airways" aviaşirkəti Urganç-Aktau-Urganç marşrutu üzrə 2022-ci il yanvarın 5-nə planlaşdırılan müntəzəm reysləri ləğv edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı aviaşirkətin mətbuat mərkəzi yayıb.
"Bu marşrut üzrə uçuşların günləri əlavə olaraq elan ediləcək", - məlumatda deyilir.
Ləğv edilmiş reyslərin sərnişinləri reyslər bərpa edildikdən sonra biletlərin pulunu aldıqları yerdə qaytara və ya istənilən tarix üçün pulsuz olaraq yenidən bron edə biləcəklər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							12:09 / 05.01.2022
							
						Özbəkistan aviaşirkəti Qazaxıstana uçuşları dayandırdı
						
							
								Hazırda oxunan: Özbəkistan aviaşirkəti Qazaxıstana uçuşları dayandırdı							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Özbəkistan aviaşirkəti Qazaxıstana uçuşları dayandırdı							
						53908
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































