Azərbaycanda ötən il ən çox istehsal artımı bu sahədə olub - 93,2 faiz

Hazırda oxunan: Azərbaycanda ötən il ən çox istehsal artımı bu sahədə olub - 93,2 faiz

53896

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1.826,5 milyon manatlıq məhsul istehsal edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 93,2 faiz, kimya sənayesi məhsullarının istehsalında 26,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20,3 faiz artıb.

Əsas kimya məhsullarından rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 4 dəfə, lak-boya məmulatlarının istehsalı 2,1 dəfə artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin