Qazaxıstan Prezidentinin köməkçisi Yerlan Karin Qazaxıstan Respublikasının dövlət katibi təyin edilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “tengrinews.kz” saytında yerləşdirilib. Mənbə yazır ki, bu vəzifədə çalışan Krımbek Kuşerbayev işdən azad edilib.
Xatırladaq ki, yeni dövlət katibi vəzifəsinə təyin olunan Yerlan Karin 26 may 1976-cı ildə Aksuda (Türküstan bölgəsi) anadan olub.
O, Prezidentin siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb (30 iyul 2020-ci ildən).
Yerlan Karin 1997-ci ildə Jubanov adına Aktobe Dövlət Universitetinin tarix fakültəsini, 1999-cu ildə Əl-Farabi adına Qazaxıstan Dövlət Universitetinin fəlsəfə və siyasi elmlər fakültəsinin aspiranturasını bitirib. Siyasi elmlər namizədidir.
O, müxtəlif vaxtlarda tarix və coğrafiya müəllimi, Aktobe Dövlət Universitetinin siyasi elmlər kafedrasında müəllim, Qazaxıstan İnkişaf İnstitutunun Siyasi Araşdırmalar Mərkəzinin əməkdaşı, Rusiya və Çin İnstitutunun direktor müavini vəzifələrində çalışıb.
2000-2003-cü illərdə Mərkəzi Asiya Siyasi Araşdırmalar Agentliyinin direktoru olub.
2002-2003-cü illərdə Baş nazirin ştatdankənar müşaviri olub. O, Asar Respublika Partiyası sədrinin birinci müavini vəzifəsini daşıyıb, Terrorla Mübarizə Proqramları Mərkəzinə rəhbərlik edib.
2006-cı ildə o, Mangistau vilayətinin akimin (qubernator) siyasi məsələlər üzrə müşaviri təyin edilib.
2008-ci ilin fevralında Nursultan Nazarbayevin sərəncamı ilə Yerlan Karin Prezident Administrasiyasının daxili siyasət şöbəsinin müdiri təyin edilib. Daha sonra Nur Otan Partiyasının katibi təyin edilib.
2014-cü ilin oktyabrında o, Prezident yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru olub.
2017-ci il fevralın 9-da “Qazaxıstan” televiziyasının idarə heyətinin sədri təyin edilib.
2019-cu il aprelin 5-də Prezidentin müşaviri təyin edilib. 30 iyul 2020-ci ildə prezidentin köməkçisi olub.
Qazax, rus və ingilis dillərini bilir. Yerlan Karin Qazaxıstanın və xarici ölkələrin elmi və dövri mətbuatında dərc olunan 200-dən çox elmi və publisistik məqalənin müəllifidir.
Ailəlidir, altı övladı var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:41 / 05.01.2022
Qazaxıstan Prezidenti köməkçisini dövlət katibi təyin etdi - DOSYE
Hazırda oxunan: Qazaxıstan Prezidenti köməkçisini dövlət katibi təyin etdi - DOSYE
Hazırda oxunan: Qazaxıstan Prezidenti köməkçisini dövlət katibi təyin etdi - DOSYE
53892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.