Daha iki əyalətdə quş qripi aşkarlandı

Hazırda oxunan: Daha iki əyalətdə quş qripi aşkarlandı

5384

Yaponiyada quş qripin 2 yeni ocağı aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə Yaponiyanın Koti və Kaqava prefekturalarında da H5N1 (quş qripi) virusunun, 2 yeni ocağı aşkarlanıb. Ümumilkdə virus Yaponiyanın 47 prefekturadan 11-də tapılıb.

Xəstəliyin yayılması ilə əlaqədar Kotidə 32 min, Kaqavada isə 29 min broylerin məhv edilməsinə başlanılıb.

Virus ocaqları aşkar olunduğu təsərrüfatların ətrafında karantin tətbiq olunub. Toyuq və yumurtaların karantin zonasından 10 kilometr xaricə çıxarılması qadağan edilib.

Xatırladaq ki, xəstəliyin aşkarlandığı ilk aylarda ölkədə rekord sayda - 2 milyona yaxın quş məhv edilmişdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin