Yanvarın 4-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell Ukraynaya səfər edəcək.
Bizim.Media xəbər verir ki, Avropa İttifaqı Xarici İşlər Xidmətindən verilən məlumatda üç günlük səfər zamanı Avropalı diplomat Donbassdakı təmas xəttinə baş çəkəcəyinə də ver verilir.
“Borrelin bu il ilk xarici səfəri hibrid hərəkətlərə və Rusiya qüvvələrinin cəmləşməsinə qarşı çıxan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyi vurğulayır”, deyə bəyanatda deyilir.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsini təmas xəttində ölkənin xarici işlər naziri Dmitri Kuleba müşayiət edəcək.
Borrellin daha sonra Kiyevə gedəcəyi və orada Ukrayna rəhbərliyi ilə görüşəcəyi planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:44 / 04.01.2022
Avropa İttifaqının ali nümayəndəsi Donbasa gəlir
Hazırda oxunan: Avropa İttifaqının ali nümayəndəsi Donbasa gəlir
Hazırda oxunan: Avropa İttifaqının ali nümayəndəsi Donbasa gəlir
53773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.