DİN toy şənliklərində monitorinq keçirdi

Hazırda oxunan: DİN toy şənliklərində monitorinq keçirdi

53755

Yanvarın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən Bakı şəhərində və respublikanın digər ərazilərində 108 toy şənliyinin monitorinqi həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumatda monitorinqin 100 fərqli şadlıq sarayında və 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə etdiyi qeyd olunub.

MÖVZU İLƏ BAĞLI:

Restoranlarda reyd keçirildi: Restoran sahibi həbs olundu


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

9 nəfər isə “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin