Cani De Byazi: "İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım"

Hazırda oxunan: Cani De Byazi: "İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım"

53704

"Koronavirusa yoluxmaq mənim üçün ağır idi".

Bizim.Media xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Vikonos Radio Tv"yə açıqlamasında deyib.

66 yaşlı italiyalı mütəxəssis peyvəndlərin ona çox köməklik etdiyini bildirib: 

"Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. Çox diqqətli olmalı və koronavirusu ciddiyə almalısınız. İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm".

Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin