2021-ci il bütün dünya üçün ağır 365 gün olub. Bu səbəbdən KİV 2022-ci il üçün savaş, aclıq kimi neqativ proqnozlar tirajlayır. Amma bu il gözlənilən müsbət dəyişikliklər də var.
Bizim.Media xəbər verir ki, 2022-ci ildən 5 pozitiv gözlənti var və bu proqnozlar real görünür.
Pandemiyanın kritik fazası
Çoxları 2021-ci ili COVİD-19 bəlasının sonu kimi gözləyirdi. Amma bu baş vermədi. Çünki 2021-ci ildə koronavirusdan ölənlərin sayı 2020-ci ili üstələdi.
Hətta Bill Qeytsin 2021 proqnozu özünü doğrultmasa da, o, nikbinliyini itirmədi. Qeytsin fikrincə, 2022-də pandemiyanın kritik fazası yekunlaşacaq.
Azərbaycanda da yoluxmaların azalması qismən buna dəlalət edir. Amma Yaponiyanın 2023-də ömürlük koronavirus vaksini tətbiq edəcəyi də pandemiyadan tam qurtuluşun 2022-də olmayacağını deməyə əsas verir. Buna 3 və 4-cü doza peyvəndləmələri də aid etmək olar.
Biotexnologiyalar
Vaksin yaradılmasındakı uğurlar izsiz qalmayacaq. Tibbin müəyyən sahələrində irəliləyiş var. Bioloji elmlərdə alimlər gen texnologiyalarından aktiv istifadəyə başlayıblar.
Dərmanların sınaqdan keçirilməsi sürətlənib. Fərdiləşdirilmiş tibb isə artıq elmi fantastika deyil. Bu dəyişikliklər həmişə insanlıqla qalacaq.
Sosial problemlərə diqqət
Əvvəlcə qeyd edək ki, Azərbaycanda müəyyən rüsum və qiymət artımlarına paralel pensiya, maaş, yaşayış minimumları da artırılıb. Həmçinin, dünyada olduğu kimi, pandemiya ilə əlaqədar könüllülük və xeyriyyəçiliyə maraq artıb. Hətta belə deyim yaranıb ki, "dünya xeyirxahlaşır". 2022-də biznes və cəmiyyətin sosial problemlərlə mübarizə məqsədilə birləşməsi gözlənilir.
Mədəniyyət və dil maneələri
Dil və mədəniyyət müxtəlifliyinin mənasızlaşdığını koreyalıların "Kalmar oyunu" teleserialı da göstərib. Dünya ingilisdilli olmaqdan çıxır. Başqa dildə olan mahnılar da daha çox populyarlıq qazanır.
Burada "TikTok"un da rolu var. Məsafəli, onlayn təhsilə keçid tədris alanların biliyə çıxışını asanlaşdırıb. Çünki savad üçün çalışanlar Bakıda ola-ola Londondakı mühazirələrə də qoşula bilərlər.
Dəbdəki sərbəstlik
"Vogue" ekspertlərinin fikrincə, 2022-nin dəbi yeni postkovid erasının gəlişini hiss etdirəcək. Koronavirus məhdudiyyətlərinin aradan qalxması paltarlarda özünü daha parlaq, rəngli və cəsur formada göstərəcək. "Azad olunmuşlar" bu ilin əsas moda şüarı olacaq.
2022-ci il 1960-lara bənzəyəcək və feminizmin ikinci dalğası yaşanacaq. Əl işlərinin dəyəri artacaq. Yeni parça növləri də proqnozlaşdırılır. Dizaynerlər bədəni də parça ilə uyğunlaşdırıb istifadə edəcəklər. Açıq-saçıq geyimlər gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:36 / 03.01.2022
2022-nin 5 əsas GÖZLƏNTİSİ - Pandemiya və sosial problemlər BİTİR?
Hazırda oxunan: 2022-nin 5 əsas GÖZLƏNTİSİ - Pandemiya və sosial problemlər BİTİR?
Hazırda oxunan: 2022-nin 5 əsas GÖZLƏNTİSİ - Pandemiya və sosial problemlər BİTİR?
53692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.