“Azərbaycan əhalinin artımına görə öndədir” - "ASİA Plus" portalı 

Hazırda oxunan: “Azərbaycan əhalinin artımına görə öndədir” - "ASİA Plus" portalı 

53664

Azərbaycan postsovet məkanında əhalinin artımına görə öndə olan ölkələrdəndir. 

Bizim.Media xəbər verir ki, bu barədə Tacikistanın "ASİA Plus" portalı yazıb. Portal Dünya Bankının məlumatlarına istinadən qeyd edib ki, əhali artımı Azərbaycanda yüksəkdir (+ 40%). 

Sovet İttifaqının dağılmasından sonra son 31 ildə ən böyük əhali artımı Tacikistanda qeydə alınıb. Belə ki, bu müddət ərzində Tacikistan əhalisi 76,6% artıb. 
 

MÖVZU İLƏ BAĞLI:

2022-ci ildə dünya əhalisinin sayı 8 milyarda YAXINLAŞACAQ


Əhali artımı baxımından seçilən siyahıda ölkələr arasında yalnız Mərkəzi Asiyanın digər ölkələri də var: Özbəkistan (+ 63,4 %), Türkmənistan (+ 59,2 %) və Qırğızıstan (+47,7 %). Nəşr Qazaxıstanın (+14 %) da adını qeyd edib.

Ən aşağı doğum səviyyəsi Baltikyanı ölkələrdə qeydə alınıb: Latviya (-28,3%), Litva (-24,5%). Əhali artımının azlığı ilə seçilən ölkələr kimi Gürcüstan (-23,2 %), Ukrayna (- 20 %), Ermənistan (- 15,5 %), Estoniya (-14,7 %), Moldova (-12 %), Belarus (- 7,8%) və Rusiyanın (-2,9%) adları qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin