II Yelizavetanın oğlu titulundan məhrum ola bilər – 17 yaşlı qızı ZORLAMA İTTİHAMI 

Hazırda oxunan: II Yelizavetanın oğlu titulundan məhrum ola bilər – 17 yaşlı qızı ZORLAMA İTTİHAMI 

53599

Böyük Britaniya kraliçası II Yelizavetanın ikinci oğlu, York hersoqu Endryu əlahəzrət titulundan istifadə etmək hüququndan məhrum edilə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti yazıb. 

Qeyd olunub ki, şahzadə Endryu Amerika məhkəməsində 17 yaşlı qızın zorlanması işini uduzsa, Böyük Britaniya kraliçası belə bir qərar verə bilər. 

Nəşrin Britaniya kral ailəsinin əhatəsində olan mənbələrinin bildirdiyinə görə, hazırda krallıqda özünü şahzadənin qurbanı adlandıran Virciniya Jufrenin (nikahdan əvvəl - Roberts) məhkəmədə qalib gələcəyi təqdirdə hansı işlərin görüləcəyi ilə bağlı fəaliyyət planlarını fəal şəkildə müzakirə edilir. 

Əgər məhkəmə Şahzadənin xeyrinə qərar qəbul etməsə, o ABŞ-a ekstradisiya təhlükəsi səbəbindən ölkəni tərk edə bilməyəcək, daha təvazökar yaşamaq məcburiyyətində qalacaq və yəqin ki, Kral Lojasından köçəcək. 

Qeyd edək ki, Jufrenin iddiası ilə bağlı növbəti məhkəmə iclası yanvarın 4-də Nyu-Yorkun Cənub Dairə Məhkəməsində keçirilməlidir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin