Omikrona yoluxanlar deltaya qarşı immunitet qazanırlar – ARAŞDIRMA

Hazırda oxunan: Omikrona yoluxanlar deltaya qarşı immunitet qazanırlar – ARAŞDIRMA

53594

Omikron ştamına yoluxmuş şəxslər delta variantına qarşı immunitet qazanırlar. 

Bizim.Media “inosmi.ru” saytına istinadən xəbər verir ki, Cənubi Afrikalı alimlər tərəfindən aparılan araşdırmaların nəticələri göstərir ki, omikron pandemiyanın bu mərhələsində deltadan daha az patogendir və bu, müsbət təsir göstərə, eyni zamanda COVİD-19 xəstəliyinin şiddətini azalda bilər. 

Belə ki, bunu müəyyən etmək üçün alimlər omikrona yoluxan 15 nəfəri müayinə ediblər.

Tədqiqat iştirakçıları arasında həm peyvənd olunmuş, həm də peyvənd olunmamış insanlar olub. Tədqiqatın məqsədi immun sisteminin delta infeksiyasına reaksiyasını görmək idi. 

Məlum olub ki, hər kəs deltaya qarşı daha yaxşı immunitet inkişaf etdirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin