Şəmkirdə restoran sahibinə CİNAYƏT İŞİ açıldı - DETALLAR

Hazırda oxunan: Şəmkirdə restoran sahibinə CİNAYƏT İŞİ açıldı - DETALLAR

53590

Şəmkirdə karantin qaydalarını pozan şadlıq evi rəhbərləri barəsində cinayət işi başlanılıb. 

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Gold Qafqaz” şadlıq sarayının əvvəlcədən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Operativ Qərargahın qəbul etdiyi karantin qaydalarına zidd olaraq müəyyən edilmiş say həddindən artıq qonaq qəbul etməsi aşkar olunub.  

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən dekabr ayının 26-da keçirilən toy mərasimində 150 nəfər qonaq olmalı olduğu halda, 250 nəfərin iştirak etdiyi müəyyən edilib. 

Buna görə də obyekt sahibi Nofəl Heydərov saxlanılaraq Polis Şöbəsinə gətirilib və onun barəsində Cinayət Məcəlləsinin 139-cu (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.  

Bundan başqa şöbə əməkdaşlarının dekabrın 28-də keçirdikləri müvafiq tədbirlər nəticəsində “Ceyhun” şadlıq evinin rəhbərliyi müvafiq portalda şadlıq evində kiçik toy və toy mərasimi barədə məlumat versə də, əslində hər iki yığıncağın eyni vətəndaşa məxsus toy mərasimi olması aşkar edilib.

Şadlıq evi rəhbəri Rasim Salmanov saxlanılaraq Polis Şöbəsinə gətirilib və onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 

Qeyd edək ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cari il ərzində ümumilikdə 50-yə yaxın şadlıq evi və iaşə obyektlərində keçirilən, 135-ə yaxın isə evlərdə təşkil olunan toy mərasimlərində karantin rejiminin pozulması halları aşkar edilərək qanunamüvafiq tədbirlər görülüb.

Həmin tədbirlər zamanı təkrar qayda pozuntusuna yol verdiyinə görə 14 nəfərdən 5-i həbs edilib. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin