Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 16-dan Azərbaycanın Xızı rayonunda yerləşən “Aqroterm” MMC-dən pomidor idxalına icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Rosselxoznadzor”un məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə aparılan danışıqlarda Azərbaycan tərəfi məhsullarda zərərvericilərlə bağlı araşdırmalar barədə informasiya və monitorinqin nəticələrini təqdim edib.
Hazırda Azərbaycanın səlahiyyətli təşkilatları ilə bu istiqamətdə iş davam etdirilir.
Xatırladaq ki, Rusiya 10 dekabrdan etibarən Azərbaycandan alma və pomidor idxalını müvəqqəti qadağan etmişdi. "Rosselxoznadzor" buna səbəb kimi ölkəmizdən idxal olunan bu məhsullarda cənubi amerika pomidor güvəsi və şərq güvəsi aşkar edildiyini açıqlamışdı.
Bizim.Media