Koronavirusun yoluxma arealı daha da geniş vüsət aldığı üçün bəzi ölkələr sərt karantinə keçid ediblər.
Bizim.Media xəbər verir ki, ABŞ-da son zamanlar koronavirusa yoluxma hallarının sürətlə artması səbəbindən bir çox universitet yenidən distant təhsilə keçib.
26 ştatda 70-dən çox universitet ikinci semestr kurslarını onlayn davam etdirəcəyini açıqlayıb.
Harvard Universiteti distant təhsilin yeni ilin ilk üç həftəsində keçiriləcəyini və vəziyyət yaxşılaşarsa, yanvarın axırında kompuslara qayıdacağını bildirib.
Distant təhsilə qayıdacaq digər təhsil müəssisələrinə Corc Vaşinqton, Yale və Kolumbiya kimi universotetləri daxildir.
ABŞ-dan sonra Fransada COVID-19-a qarşı tam peyvənd olunmuş şəxslərin karantin müddəti azaldılıb.
Fransanın Səhiyyə naziri Veranın sözlərinə görə karantində olan şəxsin testi beşinci günün sonunda mənfi olduqda təcridin tamamlanması mümkündür.
Peyvənd olunmayan insanlar 10 gün karantində qalmalı olacaqlar. Ancaq virus testi neqativ olan şəxslərin yeddinci gündə karantini bitə bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:54 / 02.01.2022
Bu ölkələrdə karantin SƏRTLƏŞDİ
Hazırda oxunan: Bu ölkələrdə karantin SƏRTLƏŞDİ
Hazırda oxunan: Bu ölkələrdə karantin SƏRTLƏŞDİ
53561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.