Medianın İnkişafı Agentliyinin təşkil etdiyi mediatur çərçivəsində yolumuz Azərbaycanın incisi, qədim və mədəniyyətimizin beşiyi gözəl Şuşa şəhərinədir.
Səhər saat 5.30-dan Funiklyorun yanından Şuşa səfərimiz başlayır. Yolboyu Şuşanı görmək məndə qəribə bir hiss yaradırdı, həyacan sevincə qarışıq duyğular məni boğurdu.
Budur nəhayət, Füzuliyə çatırıq. Qarşıda bizi Zəfər yolu gözləyir. Zəfər yolunun mənzərəsi bizi heyrətə gətirir.
Ermənilərin dağıtdıqları bu ərazilərdə qısa zaman ərzində belə möhtəşəm yolun çəkilməsi həqiqətən də Azərbaycanın gücündən xəbər verirdi.
Avtobus üzü yuxarı Şuşaya qalxdıqca belə bir qüdrətli ölkənin vətəndaşı olduğuna qürrələnməyə bilmirsən. Şuşaya qalxan meşəli, dağlı, sıldırım qayalı dağ yollarını gördükcə, Azərbaycan əsgərinin igidliyinə, qorxmazlığına bir daha əmin oluruq.
Yolboyu yalnız bu yolla keçib Şuşaya qalxa bilən, qayalıqları aşan igid Azərbaycan əsgərini, canını Vətəni üçün fəda edən şəhidlərimiz haqqında düşünürəm.
Artıq biz Şuşadayıq. Dörd saata qədər vaxt çərçivəsində Cıdır düzündə, Molla Pənah Vaqifin Məqbərəsində, Yuxarı Gövhərağa məscidində olduq və qədim Şuşa qalasını ziyarət etdik.
Qarşımızda Bülbülün, Xanqızı Natəvanın və Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini görürük.
Biz həm də illərlə işğal altında qalan Şuşanın qəddi sınmadığına, əyilmədiyinə, azğın düşmənə boyun əymədiyinin şahidi oluruq.
Hazırda mədəniyyət paytaxtımız Şuşa yenidən qədimiləşir, yeniləşir, böyüyür və gözəlləşir.
Məğrurluq, qədimilik simvolumuz Şuşanı 3-4 saat ərzində gəzib dolaşdıqca, Cıdır düzünün möhtəşəmliyinin bir daha şahidi oluruq.
Düşmənə əyilməz , qalib xalqın, məğrur Ali Baş Komandanın və Müzəffər Azərbaycan Ordusunun qürur mənbəyi Şuşa...
Axşamçağı gəzdikcə, hüsnünə heyran doymadığımız Şuşamızla vidalaşıb üzü Bakıya yol alırıq.
Yorğunluğumuza baxmayaraq, içimizdə çox doğma bir təəssüratla səfərimiz başa çatır.
Ürəyimdə həsrət və əlimdə Şuşa çörəyi ilə Azərbaycanın incisindən ayrılmaq çətin olsa da qayıtmaq ümidilə Şuşadan ayrılırıq...
Aytəkin Alxaslı, Bizim.Media, Şuşa
- A-
- A
- A+
Cəmiyyət
10:20 / 02.01.2022
Şuşa qayalarına qalxan igidlərin İZİ İLƏ – REPORTAJ+FOTO
Hazırda oxunan: Şuşa qayalarına qalxan igidlərin İZİ İLƏ – REPORTAJ+FOTO
Hazırda oxunan: Şuşa qayalarına qalxan igidlərin İZİ İLƏ – REPORTAJ+FOTO
53545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.