2022-ci ildə Qara dəniz qazı Türkiyənin hər tərəfinə veriləcək - NAZİR

Hazırda oxunan: 2022-ci ildə Qara dəniz qazı Türkiyənin hər tərəfinə veriləcək - NAZİR

53492

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyənin şimalındakı Zonquldak vilayətinin Çaycuma bölgəsində Filios təbii qaz emalı zavodunun tikintisi ilə tanış olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Anadolu agentliyi yayıb.

“Qara dənizdən çıxarılan qaz quruya veriləcək. Zavodun ilkin gücü sutkada 10 milyon kubmetr olacaq, lakin sonra biz bu rəqəmi 40 milyon kubmetrə çatdırmağı planlaşdırırıq”, - deyən nazir bu layihənin həm də ekoloji cəhətdən təmiz təşəbbüs olduğunu bildirib. 

Onun sözlərinə görə, obyekt 320 hektar sahədə tikilir.

“İnanıram ki, bu miqyasda və bu qədər böyük bir müəssisə Avropada birinci yeri tutacaq. Burada ən son texnologiyalar tətbiq olunacaq. Ehtimallara görə, sənaye kompleksi gələn ilin birinci rübündə istifadəyə veriləcək. Bu qurğu Türkiyənin paylayıcı sisteminə qoşulduqdan sonra Qara dəniz qazı Türkiyənin hər yerində istifadə olunacaq. Bundan həm Türkiyə xalqı, həm də dövlətin özü faydalanacaq”, - deyə Energetika Nazirliyinin rəhbəri vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin