Yeni il ərəfəsində Ukraynanın “Pryamoy” və “5-ci kanal” telekanalları Zelenskinin çıxışı əvəzinə eks-prezident Poroşenko və onun həyat yoldaşının müraciətini nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna mətbuatı yayıb.
Mənbə qeyd edir ki, bu arada 5-ci kanalın yayım şəbəkəsində Ukrayna liderinin müraciəti yeni ildən xeyli əvvəl göstərilib və eks-prezidentin təbriki isə saat 23:56-da başlayıb, 00:00-da sona çatıb. “Pryamoy” indiki dövlət başçısının çıxışını yalnız gecə yarısından sonra göstərib.
Sözügedən telekanallar 2021-ci il noyabrın 8-dək eks-prezidentə məxsus olub. Onlar üçüncü ildir ki, Poroşenkonun təbriklərini yayımlayırlar.
2018-ci ildə 1+1 kanalı, əksinə Poroşenkonun yerinə prezident olmaq planlarından danışan Zelenskinin çıxışını efirə verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:31 / 01.01.2022
Ukraynanın 2 telekanalı Zelenskinin əvəzinə Poroşenkonun təbrikini yayımladı
Hazırda oxunan: Ukraynanın 2 telekanalı Zelenskinin əvəzinə Poroşenkonun təbrikini yayımladı
Hazırda oxunan: Ukraynanın 2 telekanalı Zelenskinin əvəzinə Poroşenkonun təbrikini yayımladı
53491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.