Türkiyə qırıcıları Şimali İraqda 4 PKK terrorçusunu məhv etdi

Hazırda oxunan: Türkiyə qırıcıları Şimali İraqda 4 PKK terrorçusunu məhv etdi

53460

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Qəndil bölgəsində 4 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, Nazirliyin sosial şəbəkələrdə yaydığı məlumatda bildirilir ki, silahlılar hava zərbəsi nəticəsində məhv edilib.

Müdafiə Nazirliyi terrorizmə qarşı mübarizəni davam etdirmək əzmində olduğunu bildirib.

RKK terrorçuları sabitliyi pozmaq, Türkiyəni parçalamaq üçün qanlı hücumlar həyata keçirirlər.

Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, PKK yaraqlılarının Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs bu qanlı təşkilatın əli ilə həlak olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına salıb. Ankaranın vəziyyəti həll etmək üçün yollar tapmaq cəhdlərinə baxmayaraq, PKK terror təşkilatı 2015-ci ilin iyulundan yenidən silahlı hücumlara başlayıb.

Son illərdə PKK bölgədəki qanlı cinayətlərə görə məsuliyyəti yerlərdəki təşkilatlarının üzərinə yükləməyə çalışır.
Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son iki ildə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar.

İranda PKK Kürdüstanın Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin