Almaniyada 3 atom elektrik stansiyasının fəaliyyəti eyni gündə - 1 yanvar 2022-ci il saat 00.00-da dayandırılır.
Bizim.Media xəbər verir ki, söhbət Şlezviq, Bavariya və şağı Saksoniyada yerləşən stansiyalardan gedir.
Bu tarixdən etibarən ölkədə cəmi 3 AES fəaliyyət göstərəcək ki, onların da istismarının son müddəti 31 dekabr 2022-ci il müəyyən edilib.
Bununla da, Almaniya 1 yanvar 2023-cü il tarixdə nüvə enerjisindən istifadəni tam dayandıracaq. Fəaliyyətini dayandırmış stansiyaların sökülməsi isə bir neçə il çəkəcək.
Qeyd edək ki, 2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəzadan sonra Almaniya hökuməti atomdan dinc məqsədlə istifadəni dayandıracağını elan etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:16 / 31.12.2021
Almaniyada 3 AES fəaliyyətini dayandırır – EYNİ GÜNDƏ
Hazırda oxunan: Almaniyada 3 AES fəaliyyətini dayandırır – EYNİ GÜNDƏ
Hazırda oxunan: Almaniyada 3 AES fəaliyyətini dayandırır – EYNİ GÜNDƏ
53385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.