Türkiyənin 4 partiyası ABŞ sanksiyalarına qarşı birləşdi - HDP isə imtina etdi

Hazırda oxunan: Türkiyənin 4 partiyası ABŞ sanksiyalarına qarşı birləşdi - HDP isə imtina etdi

5336

Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya “S-400” zenit raket komplekslərinin tədarükü səbəbi ilə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan sansksiyaları rədd etdiyini bildirən bəyanat imzalayıb.

Bizim.Media xəbər verir ki, sənədi AKP, CHP,  MHP və İYİ partiyaları imzalayıb.

HDP partiyası isə bəyanatı imzalamaqdan imtina edib.

“ABŞ-ın sanksiya qərarını rədd edirik. Türkiyə milli təhlükəsizliyi üçün zəruri olan hər hansı bir addımı atmaqdan çəkinəcək, bu mövzuda təhdid və sanksiyalara görə geri addım atacaq bir ölkə deyil”,- deyə bəyanatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin