Maşını arxaya verəndə atəş açdılar - "Bakcell"in yaralanan əməkdaşı - VİDEO

Hazırda oxunan: Maşını arxaya verəndə atəş açdılar - "Bakcell"in yaralanan əməkdaşı - VİDEO

53259

İşğaldan azad olunmuş ərazilərdə ermənilərin açdığı güllədən "Bakcell" şirkətinin əməkdaşı Anar Rəhimlinin yaralanması ilə bağlı hadisənin təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə o, AzTV-yə açıqlama verib.

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Ağdamı atəşə tutdu, “Bakcell”in əməkdaşı yaralandı - FOTO

Bildirib ki, çalışdıqları əraziyə gedərkən qarşılarına çıxan erməni postunu bizimki sanıblar və qaçarkən düşmən atəş açıb.

"Sahəyə gedirdik. Qabağımıza bir post çıxdı. Elə bildik ki, bizimkidir. Yoldaşım yolu açmalarını demək üçün ora getdi. Sonra qaçaraq maşına tərəf gəldi və dedi ki, erməni postudur, tez sür çıxaq. Mən maşını arxaya verəndə atəş açmağa başladılar. Güllənin biri qoluma dəydi, sümüyüm sındı. Sükanı döndərə bilmədiyim üçün dirəyə çırpıldıq və sonra da dərəyə düşdük. Daha sonra maşın aşdı. Avtomobildən çıxdıqdan sonra qolumu bağlayıb gözlədim. Yoldaşım isə kömək çağırmağa getdi", - o deyib.

Gəncə Xəstəxanasının həkimi Məzahir Məmmədov isə bildirib ki, yaralı dünən axşam qəbul edilib.

"Gecədən bütün tədbirlər görülüb. Vəziyyəti stabildir", - deyə o qeyd edib.

Xatırladaq ki, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla "Bakcell MMC"nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin