Azərbaycan neftinin qiyməti 81 dolları ötdü

Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 81 dolları ötdü

53238

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,32 ABŞ dolları və ya 2,94% artaraq 81,24 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (20-24 dekabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 76,7 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,78 dollar və ya 1,03% çoxdur. 

Həftə ərzində ən yüksək göstərici (IV gün) - 79,24 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 72,04 dollar səviyyəsində olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin