Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-də gecə saat 12:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.
Bizim.Media xəbər verir ki, bu haqda sosial şəbəkələrdə video məlumat yayılıb. Məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimovla əlaqə saxladıq.
MÖVZU İLƏ BAĞLI:
Anar Kərimov 2021-ci ilin əsas mədəniyyət hadisəsi haqqında Bizim.Media-ya danışdı – ÖZƏL VİDEO
O, bu barədə məlumatsız olduğunu qeyd edib:
"Atəşfəşanlığın olub-olmayacağı barədə məlumatım yoxdur".
Həmçinin İsrafil Kərimov şəhərdə bayram konsertinin olmayacağını bildirib:
"Kütləvi tədbirlərə ancaq Operativ Qərargah icazə verir. Karantin qaydalarına görə yəqin ki, konsetr təşkil olunmayacaq".
Səkinə Yusibli,Bizim.Bizim