"Sülhməramlıların məsuliyyət zonasında olan ermənilərin Ağdama atəş açması və Azərbaycan vətəndaşının yaralanması erməni silahlı birləşmələrinin Azərbaycanın təhlükəsizliyinə təhdid yaratdığını göstərir. 10 noyabr (2020) bəyanatının 4-cü bəndinin icrası artıq qaçılmazdır"
Bizim.Media-ya özəl açıqlamasına bu sözlərlə başlayan Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə əlavə edib ki, sözügedən bənd icra olunmasa, Azərbaycan antiterror əməliyyatına başlayacaq.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Ağdamı atəşə tutdu, “Bakcell”in əməkdaşı yaralandı - FOTO
Çətin dağ relyef şəraitində komandoların yaradılması da Azərbaycanın antiterror əməliyyatlarına hesablanıb:
"İkinci məsələ ondan ibarətdir ki, Laçın dəhlizində Azərbaycan postları qurulmalıdır. Bununla da qanunsuz erməni hərbçilərinə silah-sursat çatdırılmasının qarşısı alınmalıdır. Düşünürəm ki, bu məsələlər Rusiya ilə danışılmalıdır. Çünki Kreml bu tip təxribatlarla İrəvan-Bakı münasibətlərinin normallaşmasını əngəlləyir.
Sülhməramlılar erməni silahlılara bu cür fəaliyyət azadlığı verməsə, separatçılar atəşkəsi pozmaq cəhdi etməzdilər. Yəni, problemdə Moskvanın da siyasəti görünür və Azərbaycana müəyyən təzyiq niyyətli addımlardır.
Lakin bu təzyiqlər nəticə verməyəcək. Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər", - deyə politoloq fikrini tamamlayıb.
Bizim.Media