“Atəşgah Həyat ” Sığorta Şirkəti pandemiya dövrünü nəzərə alaraq, müştərilərinə xüsusi təklif paketi hazırlayıb.
Bizim.Media xəbər verir ki, şirkət koronavirus xəstələri üçün həyatlarını sığortalamaq üçün şərait yaradıb. Şirkətdən verilən məlumata görə, bu sığorta məhsulu pandemiya dövründə aprel ayında yaradılaraq bazara buraxılıb.
“Atəşgah Həyat” Sığorta Şirkətinin əsas məqsədi pandemiya dövründə Covid-19 virusuna yoluxma halında müştərilərə maddi təminat ödəməkdir.
Bu maddi təminat xəstəlik zamanı müştərilərin xərclərini qarşılaya bilir. Bundan başqa koronavirus məhsulunu əldə edən müştərinin ölüm halında maddi təminat onun ailəsi alır”,- deyə sığorta mütəxəssisi qeyd edib.
Şirkət nümayəndəsi sığortanın iki yaş qrupuna ayrıldığını deyib:
“Şirkət 18 -50 və 51-60 yaş kateqoriyası üzrə sığorta paketləri təqdim edir. 18 – 50 yaş həddi üçün sığorta məbləği 19-38-57 manat, sığorta təminatları isə ölüm halında 1000-3000, yoluxma halında isə 250-900 manat təşkil edir.
51-60 yaş həddi arasında olan şəxslər üçün isə sığorta məbləği 33-66-99 manatdır. Burada da sığorta təminatı ölüm halında 1000-3000, yoluxma halında da 250-900 manat civarındadır.
O, sığorta məhsulunun şərtlrini də açıqlayıb:
“Yoluxma halında müştəri şirkətə müvafiq laborator analiz cavablarını təqdim edir. Bunun 14 gün gözləmə müddəti var. Müştəri sığortalandığı tarixdən 14 gün sonra yoluxma və ya ölüm halı baş versə, o, “Atəşgah Həyat ” Sığorta tərəfindən təyin olunan maddi təminatı alır. Bu həm fiziki, həm də hüquqi şəxslər üçün nəzərdə tutulub”.
Şirkət rəsmisi hazırda şirkətdə pulsuz aksiyaların həyata keçirilməsini də vurğulayıb.
“Hazırda “Atəşgah Həyat” şirkətində müddətli aksiyalar davam edir. Burada müştərilərə xüsusi sığorta paketi təklif olunur. Bu təklif çərçivəsində siz özünüzü və ya yaxınlarınızın ödənişsiz COVİD-19 virusundan sığortalaya bilərsiniz.",- deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:45 / 15.12.2020
Koronavirus xəstələrinə 900 manat veriləcək - "Atəşgah Həyat"-dan YENİLİK
Hazırda oxunan: Koronavirus xəstələrinə 900 manat veriləcək - "Atəşgah Həyat"-dan YENİLİK
Hazırda oxunan: Koronavirus xəstələrinə 900 manat veriləcək - "Atəşgah Həyat"-dan YENİLİK
5318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.