Ermənistan Türkiyə ilə əlaqələrin qurulmasını istəyir

Hazırda oxunan: Ermənistan Türkiyə ilə əlaqələrin qurulmasını istəyir

5315

Müxalifətdən baş nazirliyə vahid namizəd Vazgen Manukyan Türkiyə ilə diplomatik əlaqələr qurmaq istədiklərini dilə gətirib.

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bu barədə Vazgen Manukyan ziyallarla görüş zamanı deyib. Müxalifət lideri baş nazir olduğu dövrdə Ermənistan ilə Türkiyə arasında olan münasibətlərdən danışıb.

“Mən baş nazir olduğum dövrlərdə Türkiyə ilə bizim aramızda dəmir yolu fəaliyyət göstərirdi''.  

''Hökümət həm də 1915-ci ildə erməni soyqırımını beynəlxalq səviyyədə tanınmasını rədd etmədən Ankara ilə əlaqələr qurmağa cəhd edirdi, lakin bu bizim 1992-93- cü illərdə Kəlbəcəri işğal etdiyimizdən sonra dayandırıldı”,- deyə o, bildirib.

Ermənistanın indi də iqtisadi blokadadan azad olmaq üçün Türkiyə ilə diplomatik əlaqələr qurmaqda maraqlıdır. Lakin Türkiyə höküməti bunun üçün hər zaman 3 şərtə əməl edilməsinin vacibliyini vurğulayıb.

Şərtlərə görə, Türkiyə Ermənistandan Qarabağ məsələsinin həllini, Qars müqaviləsinin tanınması və saxta Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınmasının rədd edilməsini istəyir. Hazırda Türkiyənin birinci şərti yerinə yetirilib, Qarabağ azad olub. Yerdə qalan səbəblər isə öz həllini gözləyir. 

Xatırladaq ki, Ermənistan rəhbərliyi dəfələrlə Türkiyə ilə diplomatik münasibətləri şərtlər olmadan qurmaq istəyini dilə gətirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin