“Rusiya neytrallığı istəmir. Kreml özü üçün təsir dairəsi axtarır. Moldova neytraldır, bəs Rusiya öz qoşunlarını nə üçün bu vaxtacan oradan çıxartmır?”
Bizim.Media xəbər verir ki, “İctimai TV”nin proqramlarının birində bunları deyən millət vəkili Rasim Musabəyov fikrinin davamında sammitə Maya Sandunun da dəvət olunmadığına diqqət çəkib:
MÖVZU İLƏ BAĞLI:
Postsovet məkanının 5 parlamentli böhranı – Rasim Musabəyovun şərhi
“Çağırmadılar ki, müzakirə olunan mövzuları harasa gedib çatdıra bilər”.
Millət vəkili Ukraynanın da vaxtı ilə neytral status elan etdiyini, buna rəğmən o vaxt Rusiyanın təzyiqi altında olduğunu bildirib.
Ona görə də Rusiyanın müəyyən ölkələrin neytral qalmalı olduğu barədə elanına inanmağa dəyməz:
“Mənə elə gəlir ki, biz Türkiyə ilə müttəfiqlik xəttimizi davam etdirməliyik və Rusiyanın istəklərindən asılı olmayaraq öz təhlükəsizliyimizi qoruyub saxlamalıyıq” sözlərini deyəndən sonra verilişdə qısa pauza yarandı və sabiq xarici işlər naziri opponentinin fikirlərinə sualla cavab verib:
“İndi mən deyənlə siz deyən arasında nə fərq oldu ki? Bunu başa düşmədim” sözlərindən sonra studiyada hamı gülüb.
Siyasi polemikaların yumora çevrildiyi epizodu təqdim edirik:
Bizim.Media