“Maraqlı məlumat sızdırılıb. Guya ki, yanvarın ortalarında təhlükəsizlik konsepsiyası ilə bağlı Ağ Evlə Kreml arasında danışıqlar başlaya bilər. Diplomatik təcrübə onu göstərir ki, bu cür görüşlərin tarixi bildirilirsə, deməli, artıq gündəm formalaşıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri eks xarici işlər naziri Tofiq Zülfüqarov televiziya proqramlarının birində səsləndirib:
“Rusiya istəyir ki, postsovet ölkələrin vasitəsilə bir bufer zona yaratsın və Qərbin bura təzyiqini azaltsın.
Doğrusu, Azərbaycan üçün də vacib bir mövzudur. ABŞ da məsələnin müzakirəsində maraqlıdır. Çünki Vaşinqton Moskva ilə hansısa davranış qaydalarını müəyyənləşdirmək istəyir ki, bundan sonra Çinə aid siyasətini davam etdirsin. Yəni Amerika Rusiyadan arxayın olmaq fikrindədir.
Təəssüflər olsun ki, Rusiya ilə görüşlərdən sonra ABŞ-ın müəyyən güzəştləri istisna olunmur.
İlk növbədə bu, Ukrayna və NATO-ya üzv olan digər ölkələrə aiddir. Çünki ABŞ belə mövzuları bağlayıb Çinlə məşul olmaq niyyətindədir. Hər halda, bu təhlükə istisna olunmamalıdır”.
Ətraflı videoda:
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:00 / 29.12.2021
MDB-nin toplantısını keçirməyi Putindən Bayden xahiş edib? - Tofiq Zülfüqarov detalları AÇIQLADI - VİDEO
Hazırda oxunan: MDB-nin toplantısını keçirməyi Putindən Bayden xahiş edib? - Tofiq Zülfüqarov detalları AÇIQLADI - VİDEO
Hazırda oxunan: MDB-nin toplantısını keçirməyi Putindən Bayden xahiş edib? - Tofiq Zülfüqarov detalları AÇIQLADI - VİDEO
53069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.