Bu gün Xalq artisti Faiq Ağayevin 50 yaşı tamam olur.
Bizim.Media xəbər verir ki, bununla bağlı o, özünün İnstagram səhifəsində paylaşım edib və pərəstişkarlarına müraciət ünvanlayıb:
“Bu illər ərzində enişli-yoxuşlu, uğurlu-qələbəli, çətin, mürəkkəb, amma çox xoşbəxt sevgi və səadət dolu yol keçdim. İndi qərarlaşdığım bu yerdə, bu nöqtədə tam əminliklə deyə bilərəm ki, həqiqətən, arzusunda olduğum həyatı yaşayıram. Sənət yolumda mənə dayaq olmuş mahnılarımın müəlliflərinə, bəstəkar və şairlərə, səhnədə mənimlə eyni coşqunu yaşayan musiqiçi və rəqqaslara, kliplərimi, konsertlərimi çəkən, mənə həmfikir və dəstəkçi olmuş rejissorlara ürəyimin bütün hərarəti ilə çox sağ olun deyirəm”.
O, çıxışının sonunda “Yaxşı ki, varımsınız, ey əzizlər! Məni sevməkdə davam edin!” sözlərini deyib.
Xatırladaq ki, Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. O, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Peşəkar səhnəyə 1988-ci ildə gələn müğənni elə həmin il “Bakı Payızı-88” respublika müsabiqəsinin qalibi olub. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95” Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager” – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.
Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayıb.
2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı verilib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:46 / 29.12.2021
50 yaşı tamam olan Faiq Ağayev özünü belə təriflədi- VİDEO
Hazırda oxunan: 50 yaşı tamam olan Faiq Ağayev özünü belə təriflədi- VİDEO
Hazırda oxunan: 50 yaşı tamam olan Faiq Ağayev özünü belə təriflədi- VİDEO
53050
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.