İşğaldan azad edilən ərazilərdə iki yeni su anbarı inşa ediləcək.
Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, hazırda həmin ərazilərdə 9 su anbarı və 14 çay var.
"Qarabağın zəngin su ehtiyatları Azərbaycan üçün çox vacibdir. Həmin su ehtiyatları Qarabağın aşağı hissəsinin sudan əziyyət çəkən ərazilərində su təminatını yaxşılaşdıracaq.
11 təbii su hövzəmizin üzərində su stansiyaları quraşdırılır. Həkəri və Bərgüşad çayları üzərində yeni su anbarlarının tikilməsi planlaşdırılır. Həmin su anbarları vasitəsilə Tərtər, Füzuli, Ağdam və digər rayon əraziləri içməli su ilə təmin edəcək".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:24 / 29.12.2021
Qarabağda 2 yeni su anbarı inşa ediləcək
Hazırda oxunan: Qarabağda 2 yeni su anbarı inşa ediləcək
Hazırda oxunan: Qarabağda 2 yeni su anbarı inşa ediləcək
53043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.