ABŞ Dövlət Departamenti Ermənistanda “demokratiyanın inkişafını” maliyyələşdirmək istəyir – QRANT MÜSABİQƏSİ

Hazırda oxunan: ABŞ Dövlət Departamenti Ermənistanda “demokratiyanın inkişafını” maliyyələşdirmək istəyir – QRANT MÜSABİQƏSİ

52992

ABŞ-ın İrəvandakı səfirliyi ölkədə “demokratiyanın inkişafına” yönəlmiş təkliflər üçün açıq qrant müsabiqəsi elan edib. Proqramın ümumi maliyyələşdirilməsi 400 min dollar təşkil edəcək.

Bizim.Media Rusiyanın “RT” nəşrinə istinadən xəbər verir ki, bu proqram Ermənistanda demokratiyanın inkişafına, insan hüquqlarına riayət olunmasının təşviqinə və vətəndaş maarifləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləmək məqsədi daşıyır. Sənədin mətnində belə deyilir.

Müsabiqədə iştirak üçün Ermənistan QHT-ləri, o cümlədən analitik mərkəzlər, vətəndaş cəmiyyəti təşkilatları, qeyri-hökumət təşkilatları və media müraciət edə bilər.

Qeyd edilir ki, xüsusi diqqət müstəqil medianın dəstəklənməsi təşəbbüslərinə, “gənclərin Ermənistanda siyasi müzakirələrin və sosial məsuliyyətin inkişafına cəlb edilməsinə”, habelə “İnternetdə azadlığın gücləndirilməsi” təşəbbüslərinə yetiriləcək. 

Eyni zamanda ABŞ səfirliyi vurğulayır ki, təhsillə bağlı müraciətlərə yalnız o halda baxılacaq ki, “belə təhsil konkret nəticələr əldə etməyə imkan versin”.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Gürcüstanla “mədəni əlaqələrin gücləndirilməsi” proqramlarına da vəsait ayırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin