Putin Sankt-Peterburqda MDB liderləri ilə birgə şəkil çəkdirdi

Hazırda oxunan: Putin Sankt-Peterburqda MDB liderləri ilə birgə şəkil çəkdirdi

52887

Prezident Vladimir Putin və digər Birlik ölkələrinin liderlərinin iştirak etdiyi Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərşənbə axşamı başlayıb, dövlət başçılarının çıxışlarından əvvəl onlar birgə foto çəkdiriblər.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Putinin yanında görüntülərdə Qazaxıstan rəhbəri Kasım-Jomart Tokayev və Qırğızıstan prezidenti Sadır Japarov olub.

Birgə fotoda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də iştirak ediblər.

Xatırladaq ki, görüşün təşəbbüskarı Vladimir Putin olub.

Gözlənilir ki, tədbirdə liderlər Belarusun 2021-ci ildə Birlikdə sədrliyinin yekunlarına yekun vuracaq, ümumi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparacaq, əməkdaşlığın səmərəliliyinin artırılması və dövlətin sosial-iqtisadi inkişafı üçün gələcək tədbirləri müzakirə edəcəklər. 

Belarus prezidentinin mətbuat xidməti qeyd edib ki, “qarşıdan gələn görüş həm də ona görə əlamətdardır ki, dekabrda MDB-nin yaranmasının 30 ili tamam oldu”.Əvvəlki qeyri-rəsmi Birlik sammiti də hələ pandemiyadan əvvəl - 2019-cu ilin dekabrında Sankt-Peterburqda keçirilib.

Rusiya dövlətinin başçısı görüş iştirakçılarına İkinci Dünya Müharibəsinə aid arxiv materialları barədə danışıb, sonra onları xüsusi təşkil olunmuş sərgiyə baxmağa dəvət edib.

Bu gün Moldova Prezidenti Maya Sandu MDB dövlət başçılarının qeyri-rəsmi sammitinə getməyəcəyini, çünki rəsmi dəvət almadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin