Taliban Kabildə keçmiş Qadın İşləri Nazirliyinin binası qarşısında etirazçılara atəş açıb.
Bizim.Media xəbər verir ki, nümayişçilərdən biri bu barədə RİA Novosti-yə bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, qadınlar keçmiş nazirliyin binası yaxınlığında keçirilən aksiyaya toplaşaraq “iş, yemək və azadlıq” tələb ediblər.
"Taliban etirazı dayandırmaq və ya yatırtmaq üçün etirazçılara atəş açıb", - etirazçı bildirib.
O, əlavə edib ki, paylaşımların hər hansı foto və video çəkilişi qadağandır. Hadisənin qurbanları barədə hələ ki, məlumat yoxdur.
Bizim.Media