Gəncədə qazılmış xəndək yol qəzasına səbəb oldu

Hazırda oxunan: Gəncədə qazılmış xəndək yol qəzasına səbəb oldu

52827

Gəncədə 2 minik avtomobili toqquşub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Nizami küçəsində “Mercedes” markalı minik avtomobil “VAZ-2107” markalı maşına çırpılıb. Nəticədə xəsarət alan olmasa da avtomobillərə ciddi zərər dəyib. 

Hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verməsinə  ərazidə aparılmış qazıntı işləri nəticəsində yaranan xəndək olub.

Sürücü maşını xəndəkdən qaçırmaq məqsədilə yolun əks istiqamətinə çıxıb və nəticədə “VAZ-2107″ə çırpılıb. 

Hadisə yerinə DYP-nın əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin