“Bizim regionda mövcud vəziyyətdən istifadə etmək üçün əla imkanımız var. Bunu deməyimin səbəbi Azərbaycan və Ermənistan liderlərinin mövqeyidir. Hər ikisi regionda sülhün tərəfdarıdır”.
Bizim.Media xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, İlham Əliyev və Nikol Paşinyan ölkələr arasında münasibətlərin yeni səviyyəyə keçməsində maraqlıdırlar:
“Bu da infrastruktur, enerji, ticarət-iqtisadi və digər layihələrin müzakirəsini nəzərdə tutur”.
“Əgər biz üç ölkə arasında belə uğur əldə etsək (humanitar sazişin imzalanması), bu, Azərbaycan, Ermənistan və Gürcüstana, ümumilikdə bütün regiona kömək edəcək”, - Qaribaşvili bildirib.
Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda həmişə düzgün mövqe tutub.
“Düşünürəm ki, bizim unikal şansımız var. Şəxsən mən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla çox isti münasibətlər qurmuşam”, - deyə Gürcüstan hökumətinin başçısı vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:40 / 28.12.2021
“İlham Əliyev və Nikol Paşinyan regionda sülh istəyir” - İrakli Qaribaşvili
Hazırda oxunan: “İlham Əliyev və Nikol Paşinyan regionda sülh istəyir” - İrakli Qaribaşvili
Hazırda oxunan: “İlham Əliyev və Nikol Paşinyan regionda sülh istəyir” - İrakli Qaribaşvili
52787
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.