Koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

Hazırda oxunan: Koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

52771

Biləsuvarda yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, rayonun Xırmandalı kənd sakini Z.Cəfərova COVID-19 infeksiyası testinin pozitiv çıxıb.

Ona ev şəraitində müalicə təyin edilib və tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerini tərk etdiyi müəyyən edilib.

O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Hadisəyə hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin