QƏRAR VERİLDİ: Şuşa və Hadrutda tezliklər müəyyənləşdi

Hazırda oxunan: QƏRAR VERİLDİ: Şuşa və Hadrutda tezliklər müəyyənləşdi

52761

Azad olunmuş ərazilərdə teleradio yayımı üçün tezliklər müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu, Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatında öz əksini tapıb.

Bildirilib ki, azad olunmuş ərazilərdə yerüstü rəqəmsal televiziya yayım şəbəkəsinin qurulması məqsədilə müvafiq hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb. Şuşa və Hadrut radioteleviziya yayım stansiyalarından televiziya yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan tezliklər müəyyən olunub, müvafiq əhatə zonasını təmin edə biləcək televiziya vericilərinin gücləri hesablanıb, gələcəkdə qurulacaq radioteleviziya antennaları üçün qüllənin forması və hündürlüyü haqqında təkliflər verilib.
 

MÖVZU İLƏ BAĞLI:

MTRŞ radiolarda monitorinq keçirdi - Nəticələr belədir...


Hesablamalar zamanı Ermənistan Respublikası ərazisindən yaradıla bilən interferensiyaların səviyyələri də nəzərə alınıb.

Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə radio yayım şəbəkəsinin qurulması üçün hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb.

Şuşa, Hadrut, Cəbrayıl, Kəlbəcər, Qubadlı və Laçın radio-televiziya yayım stansiyalarından radio yayımının aparılması üçün ərazinin diapazon üzrə tezlik toru araşdırılıb, istifadəyə yararlı boş olan tezliklərin siyahısı çıxarılıb, tələb olunan əhatə zonasını təmin edə biləcək radioyayım vericilərinin gücləri hesablanmış və bütün ümumölkə radioyayım proqramları üçün Şuşa və Hadrut radioteleviziya yayım stansiyalarından yayım üçün işçi tezliklər ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin