Separatçıların Göygöl və Goranboy tələbinin PƏRDƏARXASI - Qabil Hüseynlidən ŞƏRH 

Hazırda oxunan: Separatçıların Göygöl və Goranboy tələbinin PƏRDƏARXASI - Qabil Hüseynlidən ŞƏRH 

52727

Separatçı rejimin “lider”i Araik Arutyunyan dekabrın 26-da gülünc tələblə çıxış edib:

“1991-ci ildə "Artsax" elan olunan ərazilər də separatçılara qaytarılmalıdır”.

Əvvəlcə qeyd edək ki, separatçılar “Artsax”ın ərazisi deyəndə bu rayon və şəhərləri nəzərdə tuturlar:

Hadrut

Xocavənd

Xankəndi

Ağdərə

Əsgəran

Siyahıya I Qarabağ müharibəsində ermənilərin işğal etdiyi digər ərazilər – Şuşa, Laçın, Xocalı, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl və başqa zonalar da daxildir. “Artsax” infeksiyalı ermənilər hətta Goranboy və Göygöl rayonlarının bəzi ərazilərinə iddia edirlər. 

Bizim.Media sabiq dövlət müşaviri Qabil Hüseynlinin məsələyə münasibətini öyrənib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan parlamenti müxalifətin delimitasiya ilə bağlı layihəsini rədd etdi


“Paşinyan həqiqətləri deməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyünü qəbul edən, üstəlik Qarabağın dağlıq hissəsinin həm keçmiş, həm də bu günü ilə bağlı məsələləri beynəlxalq hüquq normalarına uyğun olaraq söyləyən adam separatçı ermənilərin qatil “lider”i tərəfindən tənqid atəşinə tutulur”.

Professor bildirib ki, Paşinyanın dediklərində həqiqət odur ki, Qarabağın dağlıq hissəsi azərbaycanlılarla ermənilərin birgə yaşadığı yer olub. Əhalinin sayında da qismən bərabərlik olub. Bu isə sırf SSRİ-nin köçürtmə siyasəti ilə bağlıdır. Çünki Çar Rusiyası dönəmində ermənilərin Cənubi Qafqaza yerləşdirilməsinə start verilsə də, Sovet İttifaqı dönəmində bu daha sürətli xarakter alıb.

Politoloqun fikrinə qayıtsaq, deməliyik ki, Paşinyanın digər haqlı sözü BMT qətnamələrində də Qarabağın dağlıq hissəsinin Azərbaycanın suveren ərazisi olmasıdır:

“Azərbaycanın ərazi bütövlüyü demək olar ki, bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilib. İndi ermənilərin bir qismi bunu başa düşməyə başlayıb və görürlər ki, beynəlxalq hüquq bütünlüklə Azərbaycanın xeyirinədir. Araik Arutyunyanın “biz axıracan mübarizə aparacağıq” kimi demaqoqluğu boş şeydir”.

Qabil Hüseynlinin fikrincə, Araikə bütün bunları dedizdirən bölgədə ekstremizmi yaymağa çalışan “Qarabağ klanı”dır:

“Onlar Arutyunyanı fitləyib ortaya salıblar. 

Nə vaxta qədər Qarabağın dağlıq hissəsi Ermənistanla Azərbaycan arasında yaranacaq gərginliyin mənbəyi olmalıdır?


Buna son verilməli, dünyanın qəbul etdiyi qərarlara uyğun olaraq həllini tapmalıdır. Ermənilərin böyük hissəsi anlayır ki, belə davranış onları fəlakətə doğru aparır və ona görə də Azərbaycanla sülh sazişini imzalamaq istəyirlər. Sülh sazişi ilə də Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətindədirlər”,- deyə ekspert cavabını yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin