Bu gün, dekabrın 27-də 2015-ci ildə imzalanmış nüvə razılaşmasının bərpası məqsədilə dünya güclərinin İranla apardığı atom müzakirələrinin 8-ci mərhələsinə başlanılır.
Bizim.Media İRNA agentliyinə istinadən xəbər verir ki, yayılan məlumata görə, İranın Qərblə atom danışıqları aparan nümayəndə heyətinin başçısı Əli Baqiri Kəni nüvə danışıqlarının 8-ci mərhələsinə qatılmaq üçün bu gün səhər saatlarında Vyanaya səfər edib.
Bildirilir ki, Baqiri Kənini Vyanaya səfərdə İran Xarici İşlər Nazirliyinin bir sıra rəsmiləri və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın bir neçə müavini müşayiət edir.
İranın Vyanadakı nümayəndə heyətinə yaxın olan və adının çəkilməsini istəməyən bir mənbə “İRNA”ya açıqlamasında iddia edib ki, İran ən qısa vaxtda Qərblə “yaxşı bir razılaşma”nın əldə olunmasının tərəfdarıdır.
“Lakin biz danışıqların müddəti ilə bağlı səsləndirilən saxta “son vaxt” ultimatumlarının əsiri olmayacağıq”, - deyə sözü gedən mənbə bildirib.
Qeyd edək ki, bu günədək Vyanada nüvə danışıqlarının 7 mərhələsi keçirilsə də, İranın danışıqlardan yayınmağa çalışması və müzakirələrə qeyri-konstruktiv yanaşması ucbatından müsbətə doğru konkret hər hansı nəticə əldə olunmayıb.
Xatırladaq ki, bundan öncə “İsrailin müdafiə naziri Beni Qantz İrana hücum vaxtının cədvəlini amerikalılara təqdim edib”.
Bu barədə İsrail mediası dekabrın 11-də bu ölkənin adının açıqlanmasını istəməyən yüksək vəzifəli təhlükəsizlik rəsmilərindən birinə istinadən məlumat yayıb.
İsrail rəsmisi deyib ki, Qantz İrana hücumla bağlı vaxt qrafikini dekabrın 9-da Vaşinqtonda yüksək vəzifəli Amerika rəsmiləri ilə keçirdiyi görüşdə onlara təqdim edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:43 / 27.12.2021
İRAN üçün həlledici gün: Vyanada nüvə danışıqları başladı
Hazırda oxunan: İRAN üçün həlledici gün: Vyanada nüvə danışıqları başladı
Hazırda oxunan: İRAN üçün həlledici gün: Vyanada nüvə danışıqları başladı
52713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.