Belarus prezidenti vəzifəsindən necə uzaqlaşdırıla bilər? - Yeni konstitusiya layihəsi

Hazırda oxunan: Belarus prezidenti vəzifəsindən necə uzaqlaşdırıla bilər? - Yeni konstitusiya layihəsi

52711

Belarus prezidenti Ümumbelarus Xalq Assambleyası tərəfindən - konstitusiyanın sistematik və ya kobud şəkildə pozulması, dövlətə xəyanət və ya digər ağır cinayət törətdiyi halda vəzifəsindən kənarlaşdırıla bilər.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiya Belarusun yenilənmiş konstitusiya layihəsində yer alıb.

İndi prezident yalnız səhhətində davamlı olaraq qeydə alınan problemə görə parlamentin qərarı ilə vəzifəsindən vaxtından əvvəl azad edilə bilər.

Layihədən belə çıxır ki, Ümumbelarus Xalq Assambleyası Belarusun konstitusiyasına xalq hakimiyyətinin ali nümayəndəli orqanı kimi daxil edilib. 

Belarus Prezidenti sui-qəsd, terror aktı, hərbi təcavüz və ya digər zorakı hərəkətlər nəticəsində həlak olduqda, fövqəladə və ya hərbi vəziyyət rejimi tətbiq edilir və dövlət orqanları bu qərara uyğun olaraq hərəkət edirlər. 

Bu halda Təhlükəsizlik Şurasına Belarus Senatının sədri rəhbərlik edəcək. Mövcud prosedura görə, prezident öz səlahiyyətlərini yerinə yetirə bilmədikdə onu baş nazir əvəz edir.

Yenilənmiş konstitusiya layihəsində deyilir ki, səlahiyyətləri dayandırılan Belarus prezidenti ömürlük senator olacaq.

Xatırladaq ki, hazırda ölkənin prezidenti 1994-cü il iyulun 20-dən bəri Aleksandr Lukaşenkodur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin