Türkiyənin Dövlət Himni-İstiqlal Marşının sözlərinin müəllifi Mehmet Akif Ərsoy vəfatının 85-ci ilində anılıb.
Bizim.Media xəbər verir ki, anım proqramı çərçivəsində şairin İstanbulun Edibekapı qəbiristanlığındakı məzarı ziyarət olunub. Ziyarətçilər arasında Mehmet Akif Ərsoyun nəvəsi Selma Arqon da yer alıb.
Qeyd edək ki,1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisinin kürsüsündən oxunan Mehmet Akif tərəfindən yazılan şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib.
Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilir.
İstiqlal Marşının yazılması üçün Mehmet Akifə verilən 500 lirə mükafat isə şair tərəfindən yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlanır.
Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnir.
Xatırladaq ki, Mehmet Ragif, daha sonra Mehmet Akif Ersoy 1873-cü il dekabrın 20-də anadan olub, 1936-cı il dekabrın 27-də 63 yaşında vəfat edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:43 / 27.12.2021
Atatürkün şeirini bəyəndiyi şair kimdir? - DETALLAR
Hazırda oxunan: Atatürkün şeirini bəyəndiyi şair kimdir? - DETALLAR
Hazırda oxunan: Atatürkün şeirini bəyəndiyi şair kimdir? - DETALLAR
52689
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.