"Zəfər yolu" kimi tanınan Füzuli-Şuşa avtomobil yolunun yeni görüntüləri çəkilib.
Təməli 2020-ci il noyabrın 16-da qoyulan Əhmədbəyl-Füzuli-Şuşa (Zəfər yolu) avtomobil yolunun uzunluğu 101,5 kilometrdir.
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Avtomobil yolu sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.
Bizim.Media əməkdaşının “Zəfər yolu”ndan çəkdiyi fotoları təqdim edirik:
Bizim.Media