“Paşinyan Qazaxın 7 kəndini də Azərbaycana verəcək” – Erməni deputat

Hazırda oxunan: “Paşinyan Qazaxın 7 kəndini də Azərbaycana verəcək” – Erməni deputat

52629

Baş nazir Nikol Paşinyanın mətbuat konfransı əsasən xarici auditoriya, daha dəqiqi Türkiyə və Azərbaycan üçün təşkil olunub.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə sabiq prezident Robert Köçəryana məxsus “Ermənistan” fraksiyasının üzvü Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

Ermənistan baş nazirinin bəyanatlarını təhlil edən Tevanyan vurğulayıb ki, Ermənistan-Türkiyə təmaslarının başlamasına az qalmış Paşinyan “Türkiyə-Azərbaycan cütlüyünün bütün ilkin şərtlərini təmin edib”.

Baş nazir çaşqın ifadələrdən və aşkar yalanlardan istifadə edərək, danışıqlar barədə bilərəkdən təhrif olunmuş məlumatlar təqdim edərək Şuşanı Azərbaycan şəhəri, Qarabağı isə Azərbaycanın bir hissəsi elan edib”, - Tevanyan bildirib.

O vurğulayıb ki, Paşinyan rəsmi İrəvanın praktiki olaraq qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasından imtina etdiyini təsdiqləyib.

Tevanyan hesab edir ki, Paşinyan örtülü şəkildə Zəngəzur vasitəsilə dəhlizin verilməsini müdafiə edib, bu məsələyə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması və ya qoşulmaması kontekstində spekulyasiya edib.

Bundan başqa, Paşinyan Ermənistanın Tavuş bölgəsində də (Qazaxın işğalda olan 7 kəndi nəzərdə tutulur) ərazi güzəştləri elan edib.

“Başqa mövzularda onun bütün tərtibatları komandasının üzvlərinə göndərilib və Nikolun başçılıq etdiyi qondarma inqilabçıların nə qədər alçaldıldığı və alçaldılacağı nümayiş etdirilib”, – deputat bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin