2500 il sonra: Türk Efesi yenidən dənizə çıxış əldə edəcək

Hazırda oxunan: 2500 il sonra: Türk Efesi yenidən dənizə çıxış əldə edəcək

52605

Türkiyənin qərbindəki İzmir vilayətində yerləşən qədim Efes şəhəri 2022-ci ilin sonuna qədər yeni kanalın istifadəyə verilməsi ilə yenidən dənizə çıxış əldə edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Şəhərin dənizə itirilmiş çıxışını bərpa etmək üçün qədim Efes kanalının yaradılması layihəsinə start verilib. Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdemirlinin sözlərinə görə, “2022-ci ilin sonuna qədər dünyaca məşhur qədim Efes şəhəri 2500 ildən sonra yeni kanalın köməyi ilə Egey dənizinə qovuşacaq”.

Layihə bir neçə mərhələdə həyata keçiriləcək. Birincinin nəticələrindən sonra kanalın girişi yenidən qurulacaq, limanlar və dalğanın qarşısını alan tikililər inşa ediləcək. İkinci mərhələ İzmir-Kuşadası avtomobil yolundan Efes limanına qədər olan ərazinin tarixi quruluşa uyğun olaraq yenidən təşkilini əhatə edir. Beləliklə, layihə başa çatdıqdan sonra turistlər qədim Efes şəhərini təkcə qurudan deyil, dəniz yolu ilə də ziyarət edə biləcəklər.

Efes 2015-ci ildə rəsmi olaraq YUNESKO-nun Ümumdünya İrs Saytının bir hissəsi olub. İzmir vilayətinin Səlcuq rayonunda, Egey sahillərinə yaxın ərazidə yerləşən Efesə hər il xarici və yerli turistlərin olduğu bir neçə min müntəzəm avtobus gəlir. Bəziləri xristianların əsas ziyarət yerlərindən biri olan Məryəmin evini ziyarət etmək üçün buraya gəlirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin