Azərbaycan əsilli tanınmış fotoqraf Reza Deqati Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksindən çəkdiyi fotoları paylaşıb.
Bizim.Media xəbər verir ki, qış görüntülərinin yer aldığı paylaşımında fotoqraf məbədin tarixi barədə də məlumat verib.
"Xudavəng monastırı XIII əsrdə Qarabağın Kəlbəcər şəhərində Alban knyazı Vaxtanqın arvadı Arzu xatun tərəfindən tikilib. Sovet dövründə və daha sonra Kəlbəcərin 1993-2020-ci illərdə işğalı zamanı memarlıq quruluşuna bir çox erməni elementləri əlavə edilib, bəzi qədim alban işarələri silinib. Sülh müqaviləsi imzalanandan bəri kompleksi Rusiya sülhməramlıları qoruyur”, - deyə fotoqraf bildirib.
Bizim.Media