Dövlət Dumasının komitə sədri İlham Əliyevi TƏBRİK ETDİ 

Hazırda oxunan: Dövlət Dumasının komitə sədri İlham Əliyevi TƏBRİK ETDİ 

52452

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media-nın xəbərinə görə, təbrikdə deyilir:

"Sizi əlamətdar yubileyiniz münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirəm və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizin Vətənə konkret işlərlə fədakarcasına xidmətiniz göstərir ki, həyatınız və fəaliyyətiniz doğma Azərbaycanın həyatı və taleyi ilə ayrılmaz surətdə bağlıdır. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə inkişaf yolunda, bu narahat dünyada öz yerini təsdiqləmək yolunda qətiyyətli addımlar atır. Siz öz dahi atanız, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin layiqli varisi, onun müdrik siyasətinin və işlərinin davamçısı kimi əsası onun tərəfindən qoyulmuş dövlət idarəçiliyinin ənənələrini və qaydalarını ləyaqətlə davam etdirirsiniz və buna görə, heç şübhəsiz, öz həmvətənləriniz arasında səmimi hörmət, beynəlxalq aləmdə mükəmməl, yetərincə təcrübəli, qətiyyətli, uzaqgörən və nəcib dövlət xadimi kimi yüksək nüfuz qazanmısınız. Əminəm ki, Heydər Əliyev bu gün belə bir oğula görə şübhəsiz fəxr edərdi. Onun irsi Sizin bugünkü Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllinə yönəlmiş qəhrəmancasına səylərin etibarlı təməlidir. Ölkələrimiz və xalqlarımız arasında qardaşcasına dostluq, tərəfdaşlıq əlaqələrinin və çoxplanlı qarşılıqlı fəaliyyətin inkişafına və dərinləşməsinə Sizin çox böyük töhfənizi də qeyd etməliyəm. Əminəm ki, son nəticədə bunlar hökmən bizə firavanlıq və sabitlik gətirəcək. Sizin kimi mən də buna böyük əhəmiyyət verirəm və strateji əməkdaşlığımızın daha da inkişaf etməsi üçün Sizinlə bərabər səy göstərməyə hazıram. Bizim sıx şəxsi dostluq münasibətlərimizi, aramızda yaranmış qarşılıqlı anlaşmanı və etimadı səmimi-qəlbdən yüksək qiymətləndirirəm. Bütün görüşlərimizi böyük səmimiyyətlə xatırlayıram və gələcəkdə bu görüşləri davam etdirməyə şad olaram. Hörmətli İlham Heydər oğlu, Sizə, möhkəm, səmimi ailənizə və Sizin şəxsinizdə bütün əməksevər Azərbaycan xalqına ürəkdən cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar, sülh və tərəqqi diləyir, ən xoş arzularımı bildirirəm”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin