“Son günlər müxtəlif elmi mərkəzlərdən koronavirusla bağlı pozitiv proqnozlar verilir və pandemiyanın 2022-ci ildə bitəcəyi bildirilir”.
Bizim.Media xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev “Facebook” hesabında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Professor: "Koronavirusa qarşı bu dərman təsirsizdir"
Onun sözlərinə görə “Omikron” ştammı yeni peyda olanda böyük ajiotaj yaradıldı:
“İndiki vaksinləin bu ştamma təsir etmədiyi deyildi və dərhal yeni vaksin axtarışına çıxdılar. İndi belə məlum olur ki, bu ştamm ağır klinika yaratmır. Yoluxuculuq qabiliyyəti çox olsa da, ölüm azdır. Ümumdünya Səhiyyə Təşkilatı da pozitiv proqnozlar verir və artıq uşaqların, yeniyetmələrin vaksinasiya olunmasını tövsiyə etmir”.
Pediatr əlavə edib ki, son vaxtlar uşaqlar arasında pandemiya ilə yanaşı digər respirator viruslar sönmək bilmir:
“Bu azmış kimi apteklərdən dərmanlar yoxa çıxıb və yenə də qıtlıq var. İstənilən halda qorunmaqda davam etməliyik”, - deyə həkim vurğulayıb.
Alçina Amilqızı, Bizim.Media