“44 günlük müharibə nəticəsində Azərbaycan ordusu öz ərazilərini təxminən 30 illik işğaldan azad etdi. Bu qələbə regional təhlükəsizliyi, yeni imkanları, ayrı-ayrı ölkələrin və və ümumilikdə regionun inikişaf perspektivlərini əks etdirir”.
Bizim.Media xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda "İşğaldan azad edilən ərazilərin bərpası və "Böyük Qayıdış" proqramı mövzusunda çıxışı zamanı deyib.
E.Hüseynov qeyd edib ki, hazırda Qarabağda iri innovasiya layihələri icra olunur və dünyanın bir çox ölkələri bu layihələrə maraq göstərir.
O, əlavə edib ki, eyni zamanda bir sıra obyektlərin bərpası üzrə işlər davam edir:
"Bunların arasında məktəbləri, tibb müəssisələrini və digər sosial obyektləri qeyd etmək olar. Ağdamda sənaye parkları və sənaye zonaları, Kəlbəcərdə logistika mərkəzləri yaradılacaq".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:05 / 24.12.2021
“Kəlbəcərdə logistika mərkəzləri yaradılacaq” - Emin Hüseynov
Hazırda oxunan: “Kəlbəcərdə logistika mərkəzləri yaradılacaq” - Emin Hüseynov
Hazırda oxunan: “Kəlbəcərdə logistika mərkəzləri yaradılacaq” - Emin Hüseynov
52239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.