Bu bölgələrdə vahid əlaqələndirmə mərkəzləri açılacaq

Hazırda oxunan: Bu bölgələrdə vahid əlaqələndirmə mərkəzləri açılacaq

52197

Prezident İlham Əliyevin Fərmanının icrası işlərinin davamı olaraq, şəhid ailələri və müharibə iştrakçılarının müraciətlərinin qəbulu məqsədilə dekabrın 24-də daha Gəncə şəhərində, Masallı və Ucar rayonlarında  regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Mərkəzlərdə 6-sı dövlət orqanı, 19-u aidiyyəti şəhər və rayonların icra hakimiyyətləri olmaqla, 25 qurum tərəfindən 26 istiqamətdə xidmətlər vahid məkandan təqdim ediləcək.

Mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Gəncə, Masallı, Ucar şəhərlərindəki ərazi filiallarının binasında fəaliyyət göstərəcək.

Həmin şəhər və rayonlarla yanaşı, ətrafdakı bölgələr də daxil olmaqla ümumilikdə 19 rayon və şəhər üzrə şəhid ailələri və müharibə iştirakçılarına xidmət edəcək.

- Gəncə şəhərindəki vahid əlaqələndirmə mərkəzində (Gəncə şəhəri, Atatürk prospekti 12A) Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux rayonları üzrə,

- Masallı rayonundakı vahid əlaqələndirmə mərkəzində (Masallı şəhəri, Heydər Əliyev prospekti, 38) Masallı, Astara, Cəlilabad, Lerik, Lənkəran, Yardımlı rayonları üzrə,

- Ucar rayonundakı vahid əlaqələndirmə mərkəzində (Ucar şəhəri, Nəriman Nərimanov küçəsi,11) Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Yevlax, Zərdab rayonları və Mingəçevir şəhəri üzrə vətəndaşların müraciətləri qəbul olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin